Paris-2024 Olimpiadasında daha bir neqativ hal qeydə alınıb. Matc.az xəbər verir ki, avstraliyalı otüstü hokkeyçi Tom Kreyq Parisdə saxlanılıb.

O, narkotik maddə almaqda şübhəli bilinib. Kreyqin üzərində narkotik maddə aşkarlanıb. Hazırda Avstraliya Milli Olimpiya Komitəsi məsələni araşdırmaqla məşğuldu.

Qeyd edək ki, otüstü hokkey üzrə Avstraliya yığması Olimpiadanın 1/4 finalında Niderlanda uduzaraq mübarizəni dayandırıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest