Azərbaycanın taekvondoçusu Qaşım Maqomedov Paris-2024 Yay Olimpiya Oyunlarında mübarizəyə start verib. Matc.az xəbər verir ki, 58 kq çəki dərəcəsində yarışan idmançı 1/8 final mərhələsində irlandiyalı Cek Uolley ilə qarşılaşıb.

Görüş Maqomedovun inamlı qələbəsi ilə yekunlaşıb və təmsilçimiz növbəti mərhələyə adlayıb.

Taekvondoçumuz 1/4 finalda ispaniyalı rəqibi Adrian Visente üzərində hərə iki hissədə qələbə qazanaraq adını yarımfinala yazdırıb.

Maqomedov yarımfinalda dünya və son Olimpiya çempionu italiyalı rəqibi Vito Dell Aquilanı 2:0 (9:4, 11:1) hesabı ilə məğlub edərək finala vəsiqə qazanıb.

Həlledici görüşdə Qaşım Maqomedov Cənubi Koreya taekvondoçusu Park Taejoon ilə qarşılaşıb. Birinci hissədə ayağından ciddi zədə alan idmançımız görüşü istənilən səviyyə keçirdə bilməyib. İkinci hissədə mübarizəni yarımçıq dayandırmalı olan taekvondoçumuz gümüş medalla kifayətlənməli olub. 

Qeyd edək ki, bu, Azərbaycanın Paris-2024-də sayca üçüncü medalıdır.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest