28 May 2024, 11:26
                
                
                
                                FUTBOL 
                                
                
               
              
				  
 
Minifutbol üzrə Azərbaycan millisinin Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda keçiriləcək Avropa çempionatındakı oyunlarının təqvimi müəyyənləşib. Matc.az xəbər verir ki, Elşad Quliyevin yetirmələri ilk görüşünü iyunun 2-də keçiriləcək.
Həmin gün Belçika ilə görüş saat 13:00-da başlayacaq. Yığmamız ertəsi gün saat 19:00-da İtaliya ilə üz-üzə gələcək.
Qrupdakı son qarşılaşma isə Fransaya qarşı olacaq. İyunun 4-də reallaşacaq matç saat 19:00-da start götürəcək.

 
             
 















