Türkiyə Superliqasının 37-ci həftəsində “Qalatasaray” doğma meydanda “Fənərbaxça”ya məğlub olmasından sonra ortalıq qarışıb.

Matc.az xəbər verir ki, "Qalatasaray"ın prezidenti Dursun Özbek Türkiyə mətbuatına açıqlamasında Ali Koça qarşı sərt bəyanatlar verib.

"Dünən baş verənlər hər kəsin gözü qarşısında oldu. Bu hadisələri törədən baş əxlaqsız, onun tərəfdaşları və ona kömək edənlər haqqında lazımi cinayət işi açdıq. Ali Koçun ərkəsöyünlüyü artmaqda davam edir. Silahlı adamları ilə gələn Ali Koç, polis müşayətində sahəyə buraxılıb. Seçkiləri qazanmaq üçün bu qədər insanı bir-birinə qarşı qoymaq doğrudurmu?"

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest