“Vüqar Həşimov Memorial-2023” superturnirinin iştirakçıları müəyyənləşib. Matc.az xəbər verir ki, yerli şahmatçılardan Teymur Rəcəbov, Şəhriyar Məmmədyarov, Nicat Abasov, Rauf Məmmədov və Aydın Süleymanlı turnirə qatılacaq.
 
Yarışda Santoş Vidit (Hindistan), Rixard Rapport (Rumıniya), Yan-Kşiştof Duda (Polşa), Yorden van Forest (Niderland) və Boris Qelfand (İsrail) kimi əcnəbi şahmatçıların da iştirak edəcəyi gözlənilir.
 
Turnir Vüqar Həşimov Şahmat Fondu, Gənclər və İdman Nazirliyi və Azərbaycan Şahmat Federasiyanın təşkilatçılığı ilə dekabrın 7-11-i aralığında Qəbələdə təşkil olunacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest