Norveç Futbol Assosiasiyası ABŞ prezidenti Donald Trampın Baloqun işinə müdaxilə etməsi səbəbindən FİFA-nın Etika Komitəsinə rəsmi şikayət etməyə hazırlaşır.

Norveç Futbol Assosiasiyası ABŞ prezidenti Donald Trampın Baloqun işinə müdaxilə etməsi səbəbindən FİFA-nın Etika Komitəsinə rəsmi şikayət etməyə hazırlaşır.

Matc.az xəbər verir ki, bu barədə "The Times" nəşrinin jurnalisti Martin Ziqler məlumat yayıb.

ABŞ yığmasının Bosniya və Herseqovina ilə 1/16 final oyununda qırmızı vərəqə alaraq meydandan qovulan hücumçusu Folarin Baloqunun cəzası 1 illik sınaq müddəti ilə təxirə salınıb. Nəticədə forvard Belçika ilə 1/8 final qarşılaşmasında meydanda olub.

Sonradan Tramp bu prosesdə şəxsən iştirak etdiyini təsdiqləyib. Media orqanlarının yaydığı məlumata görə, ABŞ prezidenti FİFA rəhbəri Canni İnfantinonu Baloqunun cəzasını ləğv etməyə razı salıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest