Braziliya millisinin baş məşqçisi Karlo Ançelotti İtaliya Futbol Federasiyasının (FIGC) təklifini rədd edib.

Matc.az xəbər verir ki, bu barədə nüfuzlu "Globo" nəşri məlumat yayıb.

Bildirilir ki, FIGC-nin texniki direktoru Paolo Maldini təşkilatın Xosep Qvardiola və Karlo Ançelotti ilə danışıqlar apardığını rəsmən təsdiqləyib.

67 yaşlı italyan mütəxəssis 2025-ci ilin may ayından etibarən "pentakampeonlar"a rəhbərlik edir. Son dünya çempionatında braziliyalılar onun rəhbərliyi altında 1/8 finala qədər yüksəlib və burada sensasiyalı şəkildə Norveç yığmasına əlavə vaxtda 1:2 hesabı ilə məğlub olublar.

Ançelottinin Braziliya Futbol Konfederasiyası (CBF) ilə hazırkı müqaviləsi 2030-cu il dünya çempionatının sonuna qədər nəzərdə tutulub.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest