Tanınmış fransalı məşqçi Erve Renarın 2026-cı il dünya çempionatından sonra karyerasını davam etdirmək üçün eyni vaxtda bir neçə variantı var.

Matc.az xəbər verir ki, bu barədə insayder Santi Auna məlumat yayıb.

Bildirilir ki, Renar CAR, Cənubi Koreya və Seneqal millilərinin baş məşqçisi vəzifəsinə prioritet namizəddir. Hazırkı baş məşqçi Vladimir Petkoviç postunu tərk edəcəyi təqdirdə Əlcəzair Futbol Federasiyası da onun xidmətində maraqlıdır.

Renarın əvvəlki iş yeri Tunis millisi olub.

Qeyd edək ki, Tunis təcrübəli mütəxəssisin məşqçilik karyerasındakı ilk milli komanda olmayıb. Bu təyinata qədər o, Qana, Anqola, Zambiya, Fil Dişi Sahili, Mərakeş və Səudiyyə Ərəbistanı yığmaları ilə də işləyib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest