Argentina millisinin azarkeşləri final matçının baş hakiminin qərəzli idarəçiliyi səbəbindən 2026-cı il dünya çempionatının final oyununun yenidən keçirilməsi tələbi ilə petisiya yaradıblar.

Matc.az xəbər verir ki, bu barədə Portuqaliyanın "A Bola" idman nəşri məlumat yayıb.

Bildirilir ki, "Albiseleste"nin fanatı Qizela Sançes "Change.org" platformasında bu təşəbbüsü yerləşdirib. O, sloveniyalı hakim Slavko Vinçiçin korrupsiya sxemlərində iştirak etdiyini və bunun matçın nəticəsinə təsir göstərdiyini hesab edir. Sançesin sözlərinə görə, bunu sosial şəbəkələrdəki video sübutların köməyi ilə nümayiş etdirmək olar. Hazırda bu petisiya təxminən 61 min imza toplayıb.

Xatırladaq ki, İspaniya əlavə edilmiş ikinci hissədə Ferran Torresin vurduğu qol sayəsində finalda Argentinanı üstələyərək 2026-cı ilin dünya çempionu olub. Bu qarşılaşmadan sonra FİFA komandanın hərəkətləri ilə bağlı intizam araşdırmasına başlayıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest