"Mançester Siti"nin yarımmüdafiəçisi Rodri klubun müqaviləni uzatmaq təklifini rədd edib. İspaniyalı futbolçu Madridin "Real" klubu ilə razılıq əldə edib.

Matc.az xəbər verir ki, bu barədə insayder Nikolo Skira "X" sosial şəbəkə hesabında məlumat yayıb.

Bildirilir ki, "Rodri və "Real"ı arasında 2030-cu ilə qədər müqavilə ilə bağlı prinsipial razılıq əldə olunub və klub onu "Mançester Siti"dən transfer etmək üçün danışıqlara başlamağa hazırdır.

"Mançester Siti" onu komandada saxlamaq istəyirdi və müqavilənin müddətini uzatmağı təklif etmişdi, lakin yarımmüdafiəçi imtina etdib.

Qeyd edək ki, 30 yaşlı Rodri Premyer Liqanın geridə qalan mövsümündə 21 matça çıxıb və bir qol vurub. 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest