Belçikanın "Brügge" klubu və Yunanıstan millisinin vingeri Xristos Tsolis Londonun "Arsenal" klubunun oyunçusu olub.

Matc.az xəbər verir ki, İngiltərənin son çempionunun mətbuat xidməti məlumat yayıb.

Tsolis "Arsenal" ilə uzunmüddətli müqavilə imzalayıb. Müqavilənin dəqiq şərtləri və transfer məbləği rəsmi olaraq açıqlanmır. Bu keçidin London klubuna 40 milyon avroya başa gəldiyi bildirilir.

24 yaşlı yunanıstanlı futbolçu 2024-cü ilin yayından "Brügge"də çıxış edirdi. Belçika təmsilçisi onun üçün "Fortuna" Düsseldorf klubuna 6,5 milyon avro ödəmişdi.

O, ötən mövsüm bütün turnirlərdə meydana çıxdığı 52 matçda 22 qol vurub və 29 məhsuldar ötürmə ilə yadda qalıb. Tsolis karyerası ərzində Yunanıstan yığmasında 34 oyun keçirib və 9 qol vurub.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest