"Barselona"nın yarımmüdafiəçisi Frenki de Yonq dizindən ağır zədə alıb və bu səbəbdən təxminən 5 ay yaşıl meydanlardan kənar qalacaq.

Matc.az xəbər verir ki, oyunçunun 2026-cı il dünya çempionatı zamanı aldığı zədənin xarakteri barədə klubun mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, müayinələrdən sonra niderlandlı futbolçuya daxili yan bağın yırtılması diaqnozu qoyulub.

Komandaya qayıtmasının təxmini müddəti açıqlanmır, lakin 29 yaşlı yarımmüdafiəçinin 2026-cı ildə bir daha meydana çıxmaq ehtimalı olmadığı bildirilir.

Qeyd edək ki, de Yonq 2025/26 mövsümündə 25 oyun keçirib, 1 qol vurub və 5 məhsuldar ötürmə edib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest