23 İyul 2026, 21:16
FUTBOL
"Milan" 40 yaşlı xorvatiyalı yarımmüdafiəçi Luka Modriçlə yeni müqavilə imzaladığını elan edib.
Matc.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Tərəflər arasında razılaşma 2027-ci il iyunun 30-na qədər nəzərdə tutulub. Maliyyə detalları açıqlanmır.
Modriçin maaşının 4,5 milyon avro təşkil edəcəyi bildirilir.
Xatırladaq ki, xorvatiyalı yarımmüdafiəçi 2025-ci ilin iyul ayından "Milan"da çıxış edir və bu müddət ərzində 37 oyun keçirib (2 qol və 3 məhsuldar ötürmə).













