"Ümid edirəm ki, cavab matçında növbəti mərhələyə yüksələn tərəf biz olacağıq".

ÇSKA (Sofiya, Bolqarıstan) futbolçuları "Qarabağ"la matçda özlərini yaxşı tərəfdən göstəriblər.

Matc.az xəbər verir ki, bunu Bolqarıstan təmsilçisinin baş məçqçisi Xristo Yanev "Qarabağ"a qarşı keçirdikləri UEFA Avropa Liqasının II təsnifat mərhələsinin ilk oyunundan sonra mətbuat konfransında deyib.

Mütəxəssis heç-heçə bitən görüş barədə danışıb:

"Bu oyun bizim üçün vacib idi. Futbolçularımız özlərini yaxşı tərəfdən göstərdilər. İnanıram ki, cavab matçında da yaxşı oyun sərgiləyəcəyik. Bütün komandalara hörmətlə yanaşırıq. Ümid edirəm ki, cavab matçında növbəti mərhələyə yüksələn tərəf biz olacağıq".

Qeyd edək ki, "Qarabağ" və ÇSKA komandaları arasında keçirilən ilk oyunda qapılara qol vurulmayıb. Tərəflər arasında cavab matçı 1 həftə sonra Sofiya şəhərində reallaşacaq.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest