İspaniya millisinin yarımmüdafiəçisi Qavi ağır zədə alıb. Matc.az xəbər verir ki, 19 yaşlı futbolçunun AVRO-2024-ün seçmə mərhələsində Gürcüstanla görüşdə (3:1) çarpaz bağı cırılıb.
 
“Barselona”nın oyunçusu uzun müddət yaşıl meydanlardan kənarda qalacaq. Onun təxminən 6-8 ay kollektivdən uzaq düşəcəyi deyilir. Bu da Qavi üçün mövsümün başa çatması deməkdi. Gənc futbolçu hətta Avropa çempionatını və olimpiadanı da buraxa bilər.
 
Qeyd edək ki, Qavi bu mövsüm “Barselona”nın heyətində 15 oyunda 2 qol vurub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest