"Yuventus"un sabiq baş məşqçisi İqor Tudor İtaliya A Seriyasına geri dönə bilər.
Matc.az xəbər verir ki, bu barədə "Calciomercato.com" saytı məlumat yayıb.
Bildirilir ki, "Venedsiya" rəhbərliyi xorvatiyalı mütəxəssisi Covanni Stroppanın postunda əvəzləyici namizədlərdən biri kimi nəzərdən keçirir.
Stroppanın komandadakı gələcəyi çempionatın növbəti turunda "Latsio"ya qarşı keçiriləcək matçdan sonra bəlli olacaq. Növbəti uğursuzluq ssenarisində klub rəhbərliyi məşqçi dəyişikliyinə əl ata bilər və onun əsas xələfi məhz Tudor hesab olunur.
"Venedsiya" mövsümə A Seriyasında uğursuz start verib və keçirilən 4 turdan sonra aktivinə xal yazdıra bilməyib. Ardıcıl 4 məğlubiyyət alan komanda turnir cədvəlinin son pillələrində qərarlaşıb.
Tudor İtaliya futboluna yaxından bələddir. 48 yaşlı xorvatiyalı çalışdırıcı daha əvvəl "Udineze", "Verona", "Latsio" və "Yuventus" klublarına rəhbərlik edib. O, Roma təmsilçisini 2024-cü ilin martında Mauritsio Sarrinin istefasından sonra qəbul etmiş və mövsümün sonuna qədər burada çalışmışdı.
Bundan əlavə, Tudor Fransanın "Marsel" və Türkiyənin "Qalatasaray" klublarında da məşqçilik təcrübəsinə malikdir.
Onun son iş yeri isə "Yuventus" olub. Xorvatiyalı mütəxəssis 2025-ci ilin martında Turin klubunun sükanı arxasına keçmiş, mövsüm bitdikdən sonra isə postunu tərk etmişdi.


_1789752783.png)



_1789745813.jpg)





_1789735631.jpg)
