18 Sentyabr 2026, 01:20
FUTBOL
"Beşiktaş"ın gənc futbolçusu İlhan Fakılı "Marsel"ə qarşı keçirilən oyunda vurduğu qolla həm komandasını önə keçirib, həm də "ağ-qaralar"ın Avropa kubokları tarixinə adını yazdırıb.
Matc.az xəbər verir ki, bu barədə "Hürriyet" nəşri məlumat yayıb.
Bildirilir ki, UEFA Avropa Liqasının liqa mərhələsinin ilk turunda "Marsel"i qəbul edən İstanbul təmsilçisində 20 yaş 240 günlük olan İlhan Fakılı 14-cü dəqiqədə fərqlənərək "Beşiktaş"ın Avropa kuboklarında qol vuran ən gənc ikinci oyunçusu olub.
Bu göstəricidə rekord 19 yaş 83 günlük ikən İsveç "Malmö"sünə qol vuran Semih Kılıçsoya məxsusdur.
Qeyd edək ki, cari mövsümdə 12-ci rəsmi matçına çıxan İlhan ümumi qol sayını 4-ə çatdırıb.













