"Digər komandaların oyunlarına baxmıram. Yalnız öz komandamızla maraqlanıram. Bircə onu deyə bilərəm ki..."

“Əsas məqsədimiz nəyi yaxşı etdiyimizi görməkdi”. Matc.az xəbər verir ki, bunu Belçika millisinin baş məşqçisi Domeniko Tedesko AVRO-2024-ün seçmə mərhələsində Azərbaycan yığması üzərində qazanılan 5:0 hesablı qələbədən sonra deyib.
 
İtaliyalı mütəxəssis qitə birinciliyinin final mərhələsində də uğurlu çıxış etməyə çalışacaqlarını söyləyib: “Bu cür davam etmək və yaxşı məqamları təkmilləşdirmək istəyirik. Avropa çempionatında favorit olub-olmayacağımızı bilmirəm. Digər komandaların oyunlarına baxmıram. Yalnız öz komandamızla maraqlanıram. Bircə onu deyə bilərəm ki, azarkeşlər həmişə Avropa çempionluğunu xəyal edə bilərlər. Ancaq biz təvazökar qalmalı və çox çalışmaqda davam etməliyik”.
 
Qeyd edək ki, Belçika yığması 20 xalla F qrupunda birinci yeri tutub. Azərbaycan millisi isə 7 xalla 4-cü olub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest