Avropa Liqasının qrup mərhələsinin I turunda keçiriləcək "Qarabağ" – "Molde" oyununun hakimləri müəyyənləşib. Matc.az xəbər verir ki, UEFA Bakıdakı qarşılaşmaya Şotlandiyadan olan hakimlər briqadasını göndərmək qərarına gəlib.
 
Matçı Con Biton idarə edəcək. Ona Daniel Makfarlan və Duqlas Potter köməklik göstərəcək. Dördüncü hakim funksiyasını Mettyu Makdermid yerinə yetirəcək. Nikolas Valş VAR, Stiven Maklin isə AVAR hakimi olacaq.
 
Qeyd edək ki, sentyabrın 21-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək görüş saat 20:45-də başlayacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest