Türkiyə millisi 2026-cı il dünya çempionatında unikal antirekorda imza ataraq qrup mərhələsindən sonra turnirlə erkən vidalaşıb.

Türkiyə millisi 2026-cı il dünya çempionatında unikal antirekorda imza ataraq qrup mərhələsindən sonra turnirlə erkən vidalaşıb.

Matc.az xəbər verir ki, bu barədə məlumatı "Opta Sports" Teleqram kanalı yayıb.

Açıqlanan statistikaya görə, "ay-ulduzlular" qrupdakı ilk iki matçda rəqib qapılarına ümumilikdə 62 zərbə endirsələr də, qol sevinci yaşaya bilməyiblər. Komanda birinci turda Avstraliyaya 0:2, növbəti qarşılaşmada isə Paraqvaya 0:1 hesabı ilə məğlub olaraq xal qazana bilməyib və turnirdən kənarlaşdırılıb. Türkiyə yığması qrupdakı son formal oyununu ABŞ-a qarşı keçirəcək.

Qeyd edək ki, ABŞ, Meksika və Kanadanın birgə ev sahibliyi etdiyi dünya çempionatı iyulun 19-da başa çatacaq. Sonuncu dünya çempionu titulu isə 2022-ci ildə Qətərdə keçirilən finalda Fransanı penaltilərlə məğlub edən Argentina millisinə məxsusdur.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest