"Sabah" klubu "transfer pəncərəsi"ndə növbəti addımını ataraq heyətini yeni futbolçu ilə gücləndirib.

Matc.az xəbər verir ki, bu barədə məlumatı klubun mətbuat xidməti yayıb.

Paytaxt təmsilçisi portuqaliyalı yarımmüdafiəçi Rodriqo Fernandeşi heyətinə qatıb. 25 yaşlı mərkəz oyunçusu ilə 2 illik rəsmi müqavilə imzalanıb.

Portuqaliyanın köklü klublarından olan "Sportinq"in yetirməsi olan Fernandeş, bu komandanın həm əsas, həm də əvəzedici heyətlərində yer alıb.

Karyerası ərzində "Portu"nun da əvəzedici komandasında çıxış edən futbolçunun son dayanacağı isə ölkəmizin digər təmsilçisi "Şamaxı" klubu olub.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest