20 İyun 2026, 11:35
FUTBOL
Braziliya millisi dünya çempionatları tarixinin ən məhsuldar komandaları siyahısında yenidən liderliyə yüksəlib.
Matc.az xəbər verir ki, bu barədə məlumatı turnirin rəsmi statistika idarəsi yayıb.
2026-cı il dünya çempionatının qrup mərhələsinin ikinci turunda Haiti yığmasını 3:0 hesabı ilə məğlub edən "pentaçempionlar" qollarının sayını 241-ə çatdırıblar. İlk turdan sonra turnirdəki ikinci oyununu hələ keçirməyən Almaniya (239) braziliyalıları qabaqlasa da, bu qələbə ilə "Sambaçılar" birinciliyi geri qaytarıblar.
Qeyd edək ki, Braziliya dünya çempionatı tarixində 5 dəfə kuboku qazanaraq ən çox tituluı olan komandadır. ABŞ, Kanada və Meksikanın ev sahibliyi etdiyi cari turnir isə iyulun 19-da başa çatacaq.













