"İnter" klubu İtaliyanın "Komo" komandasında çıxış edən argentinalı yarımmüdafiəçi Niko Pasın transferində maraqlıdır.
Matc.az xəbər verir ki, bu barədə məlumatı "Corriere della Sera" nəşri yayıb.
Bildirilir ki, futbolçunun müqavilə hüquqlarına sahib olan "Real" yaxın gələcəkdə "Komo"dan 10 milyon avroluq geri satınalma bəndini aktivləşdirməyi planlaşdırır. Madrid təmsilçisi 21 yaşlı yarımmüdafiəçini geri qaytardıqdan sonra gələn təklifləri dəyərləndirəcək və onun satışı üçün 60 milyon avro tələb edəcək.
"Komo" Pası növbəti mövsümdə də heyətində saxlamaq istəsə də, İspaniya klubunun istədiyi məbləğ onlar üçün çox yüksəkdir. Digər tərəfdən, "İnter" də vəziyyəti yaxından izləyir və transfer mübarizəsinə qoşulmağa hazırdır.
Qeyd edək ki, gənc oyunçu son iki mövsümdə A Seriyasının ən böyük kəşflərindən biri olub. Yenicə başa çatan 2025/2026 mövsümündə meydana çıxdığı 35 matçda 12 qol və 7 məhsuldar ötürmə ilə yadda qalan Niko Pas, İtaliya çempionatının ən yaxşı yarımmüdafiəçisi seçilib.


_1781974729.jpeg)










