"Bayer"in və İspaniya millisinin sol cinah müdafiəçisi Aleks Qrimaldo karyerasını Madridin "Atletiko" klubunda davam etdirə bilər.
Matc.az xəbər verir ki, bu barədə məlumatı tanınmış insayder Matteo Moretto paylaşıb.
Hazırda tərəflər arasında transfer qiyməti ilə bağlı rəsmi danışıqlar aparılır. Leverkuzen təmsilçisi təcrübəli müdafiəçi üçün 25 milyon avro tələb edir. "Atletiko" isə bonuslar da daxil olmaqla 18-20 milyon avro təklif edir ki, bu məbləğin sabit hissəsi cəmi 10-13 milyon avro təşkil edir.
Qiymətlərdə ciddi fərq olmasına baxmayaraq, klublar arasındakı müsbət münasibətlər bu transferin reallaşma ehtimalını artırır. Qrimaldo özü də yenidən La Liqaya qayıtmağa olduqca istəklidir.
Qeyd edək ki, 30 yaşlı İspaniya millisinin üzvü yenicə başa çatan 2025/2026 mövsümündə "Bayer" forması ilə çıxış etdiyi 46 matçda 14 qol və 12 məhsuldar ötürmə kimi möhtəşəm statistikaya imza atıb. Futbolçunun Almaniya klubu ilə müqavilə müddəti 2027-ci ilin yayına qədərdir.




_1781974729.jpeg)








