20 İyun 2026, 19:08
FUTBOL
"Zirə" heyətini yeni futbolçu ilə gücləndirib.
Matc.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, paytaxt təmsilçisi braziliyalı Maykon Kleytonu heyətinə qatıb. Qapıçıyla 2 illik müqavilə bağlanılıb.
Qeyd edək ki, 27 yaşlı futbolçu daha əvvəl ölkəsinin "Santa Kruz", "Redd Bull Braqantino", "Vitorio", "Seara" və Portuqaliyanın "Portimonense" klublarında çıxış edib.
Xatırladaq ki, klub daha öncə Amin Seydiyevi heyətinə cəlb edib.







_1781974729.jpeg)





