"Real"ın baş məşqçisi Joze Mourinyo gənc hücumçu Qonsalo Qarsiyanın komandadakı gələcəyi ilə bağlı klubun transfer planlarına müdaxilə edib.
Matc.az xəbər verir ki, bu barədə məlumatı "Marca" nəşri yayıb.
Portuqaliyalı mütəxəssis rəhbərliyə 22 yaşlı futbolçunu satmaq üçün hazırda doğru zaman olmadığını bildirib. Uruqvaylı hücumçunu öz taktiki sxemində perspektivli və maraqlı oyunçu hesab edən Mourinyo, mövsümöncəsi təlim-məşq toplanışında ona əsas heyətdə özünü sübut etmək üçün şans vermək niyyətindədir.
Qeyd edək ki, başa çatan 2025/2026 mövsümündə Qonsalo Qarsiya "Kral klubu"nun heyətində bütün turnirlərdə meydana çıxdığı 39 matçda 8 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb. Madrid təmsilçisinin yetirməsi olan gənc forvard daha əvvəl "Real Madrid Kastilya"nın heyətində keçirdiyi 73 oyunda 30 dəfə fərqlənmişdi.













