"Qarabağ" komandasının Avstriya təlim-məşq toplanışı proqramında dəyişiklik edilib.
"Qarabağ" komandasının Avstriya təlim-məşq toplanışı proqramında dəyişiklik edilib.
Matc.az xəbər verir ki, bu barədə Ağdam klubunun mətbuat xidməti məlumat yayıb.
Bolqarıstanın MOİK klubuna qarşı nəzərdə tutulan yoxlama oyunu ləğv olunub.
"Köhlən-atlar" iyunun 27-də Avstriyanın Bundesliqa təmsilçisi VSG "Tirol" klubu ilə qarşılaşacaq. Görüş Bakı vaxtı ilə saat 19:00 başlayacaq.
Qeyd edək ki, iyunun 22-də Avstriyaya yollanacaq "Qarabağ" hazırlığın Tirol əyalətində baş tutacaq ikinci mərhələsində ümumilikdə üç matç keçirəcək.
Digər iki qarşılaşma iyulun 1-də təşkil olunacaq. Ukraynanın "Xarkov" komandası ilə oyun Bakı vaxtı ilə saat 15:00-da start götürəcək. Macarıstan təmsilçisi "Ferentsvaroş" ilə qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

_1781974729.jpeg)











