"Qarabağ"ın fransalı futbolçusu Abdullah Zubir ölkəsinin "Ledauphine" nəşrinə açıqlama verib. Matc.az xəbər verir ki, 32 yaşlı yarımmüdafiəçi Avropa Liqasının qrup mərhələsindəki şanslarını dəyərləndirib.
 
Zubir yer aldıqları H qrupunda əsas hədəflərinin növbəti mərhələyə vəsiqə qazanmaq olduğunu bildirib: "Qrupumuzun favoriti "Bayer"dir. Almaniya klubu ilə ardıcıl oynayacağıq. "Molde" və "Haken" isə bizim kimi, Avropada oynamağa öyrəşmiş iki böyük komandadır. Asan mübarizə olmayacaq. Ancaq məqsədimiz qrupdan çıxmaqdır".
 
Qeyd edək ki, "Qarabağ" qrupda ilk oyununu sentyabrın 21-də Tofiq Bəhramov adına Respublika stadionunda Norveç klubu "Molde"yə qarşı keçirəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest