Mövsümboyu meydandan kənar söz-söhbətlərdən başı açılmayan "Kəpəz"də sular durulmaq bilmir. Matc.az saytının əldə etdiyi məlumata görə, klub idarəçiləri yaşananlardan çox narahatdır və bunun təkrarlanmaması üçün radikal addımlar atacaq.

Hətta bu addımlar Gəncə futbolunda zəlzələ effekti verəcək. Əsas günahkar isə İdarə Heyətinin sədri İlqar Nadiri hesab olunur. Söz-söhbətlərə mane olmaması, yarıtmaz fəaliyyəti onun "Kəpəz"dəki dönəminin qısa çəkməsinə gətirib çıxara bilər. çünki başda Nadiri olmaqla, klub rəhbərliyi dəyişdirilmək üzrədir.

Gəncə futboluna nəzarət edənlər növbəti mövsüm daha iddialı "Kəpəz" ortaya çıxarmaq niyyətindədi. Bu məqsədlə komandanın büdcəsi də artırılacaq. Tərlan Əhmədovun isə baş məşqçi postunda qalıb-qalmayacağı iddiaları qarşılayıb-qarşılamamasından asılı olacaq.

Qeyd edək ki, "Kəpəz" 2022-23 mövsümündə 31 xalla 8-ci yeri tutub.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest