Kyurasao millisinin qapıçısı Eloi Rum, əsas vaxtda edilən seyvlərin sayına görə dünya çempionatları tarixinin yeni rekorduna imza atıb.

Matc.az xəbər verir ki, 37 yaşlı qolkiper Ekvadorla oyunda rəqibin 15 zərbəsini dəf etməyi bacarıb. Turnir tarixində indiyə qədər heç bir qapıçı əlavə vaxtlar olmadan (90 dəqiqə ərzində) bu qədər seyv etməmişdi. Əvvəlki rekord 13 seyvlə perulu Ramon Kiroqa (DÇ-1978) və meksikalı Gilyermo Oçoaya (DÇ-2018) məxsus idi.

Bütün zamanların mütləq rekordu isə hələ də Tim Hovarda məxsusdur. O, DÇ-2014-ün 1/8 finalında Belçika ilə matçda ABŞ millisinin heyətində 16 seyv etmişdi. Lakin həmin qarşılaşmada qalib əlavə vaxtda müəyyənləşmişdi.

Xatırladaq ki, Eloi Rumun bu möhtəşəm oyunu Kyurasao yığmasına dünya çempionatları tarixində ilk xalını qazandırıb. Ekvadorla görüş qolsuz bərabərliklə (0:0) başa çatıb. Final fitindən sonra FİFA tərəfindən 37 yaşlı qapıçı matçın ən yaxşı oyunçusu seçilib.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest