"Milan" Mönhenqladbax "Borussiya"sının hücumçusu Markus Türamla maraqlanır. Matc.az xəbər verir ki, İtaliya klubu keçid üçün oyunçunun meneceri ilə danışıqlara başlayıb.
 
25 yaşlı forvardın "Borussiya" ilə müqaviləsi bu yay başa çatır. Bu üzdən Türam "rossonyerlər"ə azad agent kimi keçə bilər.
 
Qeyd edək ki, Markus Türam bu mövsüm bütün turnirlərdə 32 oyuna çıxıb, 16 qol vurub, 7 məhsuldar ötürmə verib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest