Fransa millisinin yeni kapitanı bəlli olub. Matc.az xəbər verir ki, baş məşqçi Didye Deşam hücumçu Kilian Mbappeyə üstünlük verib.
 
Qapıçı Uqo Lyoris yanvarda yığma karyerasını bitirdiyini açıqladığından, çalışdırıcı yeni kapitanı müəyyənləşdirib. Deşamın qərarına əsasən, kapitanlıq sarğısı 25 yaşlı Mbappeyə tapşırılıb. Antuan Qrizmann isə millinin vitse-kapitanı olacaq.
 
Qeyd edək ki, 2017-ci ildən Fransa yığmasının formasını geyinən Mbappe 66 oyunda 36 qol vurub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest