“Görünüşcə uşaq kimi ola bilər, amma oyun tərzi heyranedicidir. O, həqiqətən də çox istedadlı futbolçudur”

“Tez-tez kölgədə qalan birindən – Arda Gülərdən danışmaq istəyirəm. O, meydanda olanda biz tamamilə başqa bir komandaya çevrilirik”. Matc.az xəbər verir ki, bunu Madrid “Real”ının İspaniya millisinin müdafiəçisi Mark Kukurelya deyib. 
 
Kukurelya komanda yoldaşı, türkiyəli yarımmüdafiəçi Arda Gülər haqqında danışıb və onun klubun oyununa göstərdiyi mühüm təsiri vurğulayıb: “Görünüşcə uşaq kimi ola bilər, amma oyun tərzi heyranedicidir. O, həqiqətən də çox istedadlı futbolçudur”.
 
21 yaşlı Gülər bu mövsüm bütün turnirlərdə 14 oyuna çıxıb, 4 qol vurub və 7 məhsuldar ötürmə edib.
 
“Transfermarkt” portalı hazırda türkiyəli futbolçunun dəyərini 100 milyon avro qiymətləndirir. Gülərin “Real”la müqaviləsi 2029-cu ilin yayına qədər qüvvədədir.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest