11 Noyabr 2026, 15:04
FUTBOL
"Son matçlarda yaxşı nəticələr əldə edə bilməmişik. Belçika ilə oyun bizim üçün çox vacibdir"
Sabah UEFA Millətlər Liqasında V turun oyunları keçiriləcək. Matc.az xəbər verir ki, Türkiyə millisi Belçika ilə qarşılaşacaq.
Baş məşqçisi Sergen Yalçın qarşılaşma öncəsi komandanın hədəflərindən danışıb. Bu oyun onun Türkiyə millisinin baş məşqçisi kimi ilk sınağı olacaq.
Yalçın bildirib ki, komanda son oyunlarda istədiyi nəticələri əldə edə bilməyib və qarşıdakı iki görüşdə vəziyyəti dəyişmək şansına malikdir.
Onun sözlərinə görə, Belçika ilə qarşılaşma xüsusi əhəmiyyət daşıyır və meydana fiziki baxımdan hazır olan futbolçular çıxacaq:
“Biz hücumçu ilə oynayacağıq. Oyun sistemimiz bir qədər fərqli olacaq. Son matçlarda yaxşı nəticələr əldə edə bilməmişik. Belçika ilə oyun bizim üçün çox vacibdir. Əvvəlcə meydana çıxaq, sonra müzakirə edər və bizi qiymətləndirərsiniz”.
Mütəxəssis Arda Gülərin istədiyi mövqedə oynadılacağını da vurğulayıb.
Qeyd edək ki, Türkiyə ilk dörd turda xal qazana bilməyib.













