11 Noyabr 2026, 13:16
FUTBOL
UEFA Millətlər Liqasında Lixtenşteyn və Azərbaycan yığmaları arasında keçiriləcək oyunun hakim təyinatları bəlli olub. Matc.az xəbər verir ki, D Divizionunun 2-ci qrupunda baş tutacaq görüşü Estoniyadan olan hakimlər briqadası idarə edəcək.
Qarşılaşmanın baş hakimi FIFA referisi Kristo Tohver olacaq. Ona həmyerliləri Silver Koiv və Sander Saqa köməklik göstərəcək. Dördüncü hakim funksiyasını Yonas Yanovits yerinə yetirəcək.
Tohver sonuncu dəfə millimizin oyunu 2025-ci ilin martında idarə edib. O vaxt Bakıda təşkil olunan “FIFA series - Edition 2024” layihəsində Bolqarıstan yığması ilə oyunda 1:1 hesablı bərabərlik qeydə alınmışdı.
O, 2021-ci ildə Avropa Konfrans Liqasının 3-cü təsnifat mərhələsində Tofiq Bəhramov adına Respunlika stadionunda "Qarabağ" – AEL (Kipr) oyununu da idarə edib.
Qeyd edək ki, Lixtenşteyn – Azərbaycan oyunu noyabrın 13-də Vaduzdakı “Rheinpark” stadionunda Bakı vaxtı ilə 23:45-də start götürəcək.













