"Münhenə keçmək karyeramda böyük addım, ailəm üçün isə əhəmiyyətli mərhələ idi. Özümü sınamaq və hansı səviyyəyə çata biləcəyimi görmək istəyirdim"

“Bavariya”nın və İngiltərə yığmasının hücumçusu Harri Keyn “Qızıl top” mükafatını qazanmasında Münhen klubunun rolundan danışıb. Matc.az saytının məlumatına görə, ingiltərəli forvard bildirib ki, Münhen komandasına keçidi onun karyerasında mühüm dönüş nöqtəsi olub. 
 
Keyn hesab edir ki, , həm klub rəhbərliyinin, həm baş məşqçinin, həm də komanda yoldaşlarının dəstəyi uğurunda böyük rol oynayıb. O, Münhenə köçmək qərarının özü və ailəsi üçün yeni bir sınaq olduğunu vurğulayıb:
 
“Münhenə keçmək karyeramda böyük addım, ailəm üçün isə əhəmiyyətli mərhələ idi. Özümü sınamaq və hansı səviyyəyə çata biləcəyimi görmək istəyirdim. Kluba qoşulduğumuz ilk gündən böyük səmimiyyətlə qarşılandıq. “Qızıl top”a gedən yolda klubun, baş məşqçinin və komanda yoldaşlarımın dəstəyini hiss etmək xüsusi idi. Onlar olmasaydı, bu mükafatı qazana bilməzdim”.
 
Hücumçu əlavə edib ki, “Bavariya”da böyük oyunlarda iştirak etmək, titullar uğrunda mübarizə aparmaq və mütəmadi qol vurmaq onun potensialını tam üzə çıxarmasına kömək edib. Keynin fikrincə, Münhen klubundakı atmosfer ona karyerasında yeni səviyyəyə yüksəlmək imkanı verib. 
 
Qeyd edək ki, 2023-cü ilin yayında “Tottenhem”dən “Bavariya”ya keçən Keyn 2025/2026-cı il mövsümünün “Qızıl top” mükafatının sahibi olub.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest