İtaliya millisinin baş məşqçisi Roberto Mançini Millətlər Liqasında sabah Fransa ilə keçiriləcək qarşılaşma öncəsi komandanın hədəflərindən danışıb. Matc.az xəbər verir ki, təcrübəli mütəxəssis gənc futbolçulara da diqqət ayırdığını bildirib. Onun sözlərinə görə, millinin gələcəyi üçün perspektivli oyunçuları üzə çıxarmaq və onlara şans vermək vacibdir:

“Mövcud vəziyyətə və geridə qalan dörd oyunun nəticələrinə baxmayaraq, yarımfinala yüksəlmək şansımız hələ də qalır. Bununla belə, qarşıda görüləsi çox iş var”.

Fransa millisinin baş məşqçisi Zinəddin Zidan isə hücum xəttində daha yaxşı çıxış etməli olduqlarını düşünür.

“Hücumda daha yaxşı oynamalıyıq. Əlimizdə olan futbolçularla bunu bacarmalıyıq. Narahat deyiləm, sadəcə, müəyyən oyun əlaqələri formalaşmalıdır. İnkişaf etdirə biləcəyimiz məqamlar var”  – deyə Zidan bildirib.

Qeyd edək ki, Fransa millisi İtaliya ilə səfər oyununda ən azı bir xal qazanmaqla, növbəti mərhələyə vəsiqəni təmin edə bilər.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest