11 Noyabr 2026, 16:05
FUTBOL
Azərbaycanın U-17 və U-19 milli komandaları futbol üzrə Avropa çempionatının seçmə mərhələsində keçirdikləri ilk oyunlarda məğlubiyyətlə üzləşiblər. Matc.az xəbər verir ki, U-17 millisi 2026/2027 mövsümündə qitə birinciliyinin seçmə mərhələsinin I raundunda Almaniya yığması ilə qarşılaşıb. Emin Mustafayevin baş məşqçi olduğu kollektiv səfərdə rəqibinə 0:7 hesabı ilə uduzub.
U-19 millisi isə Avropa çempionatının seçmə mərhələsinin II raundunda ilk oyununu keçirib. Komanda Serbiyanın paytaxtı Belqradda Monteneqronun müvafiq yaş qrupundan ibarət yığması ilə üz-üzə gəlib. Qarşılaşma rəqibin 7:2 hesablı qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, U-17 millisi növbəti oyununu noyabrın 14-də Şimali İrlandiyaya qarşı keçirəcək. U-19 yığması isə noyabrın 14-də Serbiya, noyabrın 17-də Farer adaları ilə qarşılaşacaq.













