11 Noyabr 2026, 20:52
FUTBOL
“Mançester Yunayted”də baş məşqçi postu ətrafında narazılıq yaranıb. Matc.az saytının "talkSPORT" nəşrinə istinadən məlumatına görə, komandanın bir sıra aparıcı futbolçuları Maurisio Poçettinonun kluba rəhbər təyin olunması ehtimalından məmnun deyillər.
“Qırmızı şeytanlar”ın heyətindəki futbolçular Maykl Kerrikin əvəzinə komandanın sükanı arxasına hazırda “Aston Villa”nı çalışdıran Unay Emerinin gətirilməsini üstün tuturlar.
Belə ki, “Yunayted” oyunçuları ispan mütəxəssisi taktiki baxımdan Poçettinodan daha üstün və təcrübəli hesab edirlər.
Mançester təmsilçisi Emerini “Aston Villa”dan ayırmağa nail ola bilməyib. İspaniyalı məşqçinin tezliklə Birmingem klubu ilə yeni müqavilə imzalayacağı gözlənilir.













