İspaniya millisinin baş məşqçisi Luis de la Fuente Lamin Yamalın zədəsi ilə bağlı açıqlama verib. Matc.az xəbər verir ki, “Barselona”nın futbolçusu dizindəki problem səbəbindən yığmanın düşərgəsinə qoşulmayıb. Lakin onun noyabrın 15-də, bazar günü İngiltərəyə qarşı keçiriləcək UEFA Millətlər Liqası oyununda iştirak edə biləcəyi gözlənilir.

Məşqçinin sözlərinə görə, Yamal dizindəki narahatlığı “Barselona”nın Çempionlar Liqasında “Aston Villa”ya qarşı oyunundan (3:0) sonra hiss etməyə başlayıb. İspaniya yığmasının məşqçilər korpusu futbolçunun yaxın günlərdə komandaya qoşulacağını gözləyir.

“Dünən onunla danışdım. Vəziyyəti yaxşılaşır, sağalma prosesi uğurla gedir. Cümə günü qayıtmasını gözləyirik.

Kənardan gələn xəbərlər məni narahat etmir, məqsədim sadəcə vəziyyətə aydınlıq gətirməkdir. Təəssüf ki, bəzən reallıqla əlaqəsi olmayan iddialar ortaya çıxır. Laminə heç bir xüsusi imtiyaz verilmir. Eyni vəziyyət başqa futbolçu ilə bağlı olsaydı, yenə eyni cür davranardıq.

Qeyri-dəqiq məlumatların yayılması, şayiələr və açıq-aşkar uydurmalar məni xüsusilə narahat edir. Məhz buna görə bu təfərrüatları bölüşürəm, insanlara obyektiv faktları çatdırmağın yeganə yolu budur. Başqalarını yanlış yönləndirmək cəhdlərinə çox mənfi yanaşıram”- deyə, Fuente bildirib.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest