O, buna baxmayaraq, “Maritsa”nın mübarizəni CEV Kubokunda davam etdirəcəyini və əsl potensialını göstərməyə çalışacağını vurğulayıb.

Bolqarıstanın “Maritsa” klubunun voleybolçusu Jana Todorova CEV Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyununda “Turan”a məğlubiyyəti şərh edib. Matc.az xəbər verir ki,  CEV-in rəsmi saytına danışan libero Azərbaycan təmsilçisinin daha güclü olduğunu və qrup mərhələsinə yüksəlməyə layiq olduğunu bildirib.
 
Todorova komandasının Tovuzdakı qarşılaşmada ən yaxşı oyununu nümayiş etdirə bilmədiyini etiraf edib. 
 
O, buna baxmayaraq, “Maritsa”nın mübarizəni CEV Kubokunda davam etdirəcəyini və əsl potensialını göstərməyə çalışacağını vurğulayıb.
 
Qeyd edək ki, “Turan” Tovuzda keçirilən cavab görüşündə “Maritsa”nı 3:0 (25:22, 25:17, 25:23) hesabı ilə məğlub edib. Beləliklə, Azərbaycan təmsilçisi tarixində ilk dəfə Çempionlar Liqasının qrup mərhələsinə yüksəlib.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest