İngiltərə yığması İspaniya milli komandasının tarixinə düşüb. Matç.az saytı xəbər verir ki, Millətlər Liqasının hazırda davam edən görüşündə pireneylilər öz qapısından 3 qol buraxıb.

öz meydanında oynayan İspaniya evdə ilk dəfə belə halla üzləşib. Belə ki, İngiltərəyə qədər heç bir komanda rəsmi matçlarda İspaniyada meydan sahiblərinə 2-dən artıq qol vurmamışdı.

Qeyd edək ki, İspaniya və İngiltərə milliləri A liqasında mübarizə aparır.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest