Bakıda təlim-məşq toplanışını başa vuran 16 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası hazırlıq çərçivəsində sonuncu yoxlama oyununu keçirib.
 
Matc.az xəbər verir ki, "Qarabağ"ın U-17 komandasına qarşı keçirilmiş qarşılaşma 3:0 hesabı ilə millimizin xeyrinə başa çatıb.
 
U-16-nın qollarını Əli Qurbanov, Ziya Şəkərxanov və ümid Səlimov vurub.
 
Xatırladaq ki, U-16 əvvəlki oyunlarda "Neftçi"nin U-17 komandasını 1:0 məğlub etmiş, "Sabah"ın U-17 komandası ilə isə 1:1 hesablı heç-heçə oynamışdı.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest