"Barselona" klubunun və Uruqvay millisinin futbolçusu Ronald Arauxo əməliyyat olunub. Matc.az Kataloniya klubunun rəsmi saytına istinadən xəbər verir ki, 23 yaşlı müdafiəçiyə Finlandiyanın Turku şəhərində cərrahi müdaxilə olunub.
 
Arauxo İrana 0:1 hesabı ilə uduzduqları yoldaşlıq görüşündə zədələnib. Onun 20 noyabr-18 dekabrda Qətərdə keçiriləcək dünya çempionatını buraxacağı ehtimal olunur.
 
Arauxo 2019-cu ildən "Barselona"nın əsas komandasında çıxış edir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest