19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsində çıxışını başa vurub. Matc.az xəbər verir ki, Miloş Velebitin baş məşqçi olduğu kollektiv 2-ci qrupdadakı sonuncu oyununda Lüksemburq yığması ilə qarşılaşıb.
 
Bolqarıstanın Albena şəhərindəki eyniadlı arenada oynanılan qarşılaşma rəqibin minimal hesablı qələbəsi ilə yekunlaşıb – 1:0. Yeganə qolu 7-ci dəqiqədə penaltidən Leon Elşan vurub.
 
Beləliklə, qrupda keçirdiyi bütün oyunları uduzan Azərbaycan milli komandası seçmə mərhələdə xal qazana bilməyib.
 
Qrupun digər matçında Türkiyə yığması səfərdə Bolqarıstanla heç-heçə edib - 1:1. Bu nəticələrdən sonra 5 xalı olan "ay-ulduzlular" qrup lideri, eyni xala malik Lüksemburq isə ikinci yerin sahibi kimi növbəti mərhələyə adlayıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest