21 İyul 2026, 13:08
FUTBOL
Bölgə təmsilçisi nigeriyalı vinger Uboçioma Meşakla anlaşıb.
"Qəbələ" növbəti transferini reallaşdırıb. Bölgə təmsilçisi nigeriyalı vinger Uboçioma Meşakla anlaşıb.
Matc.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
24 yaşlı nigeriyalı futbolçu ilə 1+1 illik müqavilə bağlanıb.
Meşakın son klubu Macarıstan təmsilçisi "Kazintsbartsika" olub. O, müxtəlif illərdə "Zalaeqerseq" (Macarıstan), "Nafta" (Sloveniya), "Livinqston", "Dandi Yunayted" (hər ikisi Şotlandiya) klublarında çıxış edb.













