İspaniya millisinin heyətində DÇ-2026-nın finalında qələbə qolunun müəllifi olan Ferran Torres Madrid "Real"ının maraq dairəsinə düşüb. 26 yaşlı hücumçu hazırda İspaniyanın digər nəhəng klubu "Barselona"nın uğurları üçün çalışır.
Matc.az xəbər verir ki, bu barədə Fransanın "L`Equipe" nəşri məlumat yayıb.
İspaniyalı futbolçu 2022-ci ildən "Barselona"da çıxış edir və onun klubla hazırkı müqaviləsi 2027-ci ilin iyununa qədərdir.
"Barselona"nın heyətində 3 dəfə İspaniya çempionu, 3 dəfə ölkə Superkubokunun və 1 dəfə ölkə kubokunun qalibi olan hücumçu, əvvəllər "Valensiya" və İngiltərənin "Mançester Siti" klublarında da oynayıb. O, "şəhərlilər"lə İngiltərə çempionluğu və İngiltərə Liqa kubokunu, "Valensiya" ilə isə İspaniya kubokunu qazanıb.
Ferran Torres İspaniya yığması ilə 2023-cü ildə Millətlər Liqasının, 2024-cü ildə isə Avropa çempionatının qalibi olub. Futbolçu dünya çempionatında Argentina ilə keçirilən final qarşılaşmasının əlavə vaxtında qələbə qolunu vuraraq yığmaya dünya çempionluğu bəxş edib.













