21 İyul 2026, 16:50
FUTBOL
Qəsəbə təmsilçisi Fil Dişi Sahilindən olan hücumçu Lue Bayere Juniorun transferini rəsmiləşdirib.
"Zirə" heyətini yeni futbolçu ilə gücləndirib. Qəsəbə təmsilçisi Fil Dişi Sahilindən olan hücumçu Lue Bayere Juniorun transferini rəsmiləşdirib.
Matc.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, 25 yaşlı hücumçu ilə 2 illik müqavilə imzalanıb.
Bayere Junior karyerası ərzində İsveçin "Hammarbü", "Frey", Serbiyanın "Jelezniçar", "Yvor" və Türkiyənin "Göztəpə" klublarında çıxış edib.













