"Qalatasaray" heyətində uğurlu çıxışı ilə seçilən təcrübəli yarımmüdafiəçi Mario Lemina ilə bağlı yekun qərarını verib. İstanbul təmsilçisi qabonlu futbolçunun müqavilə müddətini daha 2 il uzadıb.
Matc.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, tərəflər arasında əldə olunan yeni razılığa əsasən, 32 yaşlı oyunçu daha 2 mövsüm "sarı-qırmızılılar"ın formasını geyinəcək.
Ötəni mövsümdə komandanın əsas dayaq nöqtələrindən birinə çevrilən Lemina rəhbərliyin və baş məşqçinin etimadını tam doğruldub. Yeni müqavilənin maliyyə detalları rəsmən açıqlanmasa da, təcrübəli futbolçunun komandada qalmaqdan mənun olduğu bildirilir.
Təcrübəli yarımmüdafiəçi ötən mövsüm "Qalatasaray"ın heyətində Türkiyə Süper Liqasında çıxdığı 27 matçda 2 qol vurub və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
O, həmçinin UEFA Çempionlar Liqasında komandası ilə 9 oyunda meydana çıxaraq 1 qol və 1 assistə imza atıb.













