"İmişli" yay təlim-məşq toplanışı çərçivəsində keçirdiyi növbəti yoxlama oyununda darmadağına sevinib.
"İmişli" yay təlim-məşq toplanışı çərçivəsində keçirdiyi növbəti yoxlama oyununda darmadağına sevinib. Bölgə təmsilçisi hazırlıq matçında "Qarabağ-2" komandası ilə qarşılaşıb və rəqibini böyük hesabla məğlub edib.
Matc.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, qarşılaşma "İmişli"nin 5:1 hesablı qələbəsi ilə başa çatıb. Qalib komandanın heyətində Juninyo dubl müəllifi olub. Komandanın digər qollarını isə Dioqo Almeyda, Nicat Quluzadə və Dioqo Kardozu rəqib qapısından keçiriblər.
Hazırlığı davam etdirən "İmişli" növbəti yoxlama görüşünü iyulun 24-də Bakı Olimpiya Stadionunda Premyer Liqa təmsilçisi "Araz-Naxçıvan"a qarşı keçirəcək.













